RU

“X” məşhur adlar tərəfindən boykot edilir

“X” sosial platformasının boykot edilməsi haqda çağırışların ardı-arası kəsilmir.

KONKRET.az xəbər verir ki, CNN televiziyasının məşhur aparıcısı Don Lemon sözügedən sosial şəbəkədən imtina etdiyini açıqlayıb.

Aparıcı buna səbəb ki, platformanın senzura tətbiq etməsidir. O bildirib ki, əvvəllər daha açıq şəkildə müzakirələr aparmaq olurdu. Lemon yanvarın 20-dək “X”ı tərk etmənin vacibliyini vurğulayıb.

Bundan başqa, “The Guardian” qəzeti də adıçəkilən sosial şəbəkədən istifadə etməyəcəklərini bildirib.

Həmçinin müxtəlif ölkələrin dövlət qurumları da oxşar addımı atır.

Xatırladaq ki, “X” sosial şəbəkəsinin sahibi məşhur milyarder Elon Maskdır. İddia olunur ki, o, ABŞ prezident seçkilərində Donald Trampı dəstəklədiyi üçün iş adamına qarşı boykot kampaniyası aparılır.

Məlik,

KONKRET.az

Избранный
39
konkret.az

1Источники