RU

COP29 ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin iqlim və iqlim maliyyəsi gündəliyinə daxil edilməsi üçün mühüm fürsətdir - BMT

Bakı. Trend:

Dünyanın müxtəlif dövlətlərini təmsil edən on minlərlə hökumətnümayəndəsi və digər iştirakçılar iqlim dəyişmələrinə qarşımübarizəyə dəstək vermək məqsədilə cəsarətli həll yolları axtarmaqüçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəkeçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində bir arayagəldilər.

Dünyada planeti çirkləndirən, meşələrin qırılmasından vəbiomüxtəlifliyin itirilməsindən qazanc əldə edən bir qrup aktor varki, onlar planetimizi xilas etmək üçün öhdəliklərin və sazişlərinicrasına görə məsuliyyət daşımır.

Dünyanın istənilər regionunda transmilli mütəşəkkil cinayətkarqruplar ətraf mühit üçün dağıdıcı nəticələrə səbəb olanqeyri-qanuni fəaliyyətlərlə məşğul olurlar. Cinayət ədalətmühakiməsi sisteminin cavab tədbirlərinin iqlim dəyişmələri iləmübarizə səylərinə inteqrasiya etməsək, təbiətin qeyri-qanuniistismarı bu səylərə xələl gətirməyə davam edəcək.

Trend xəbər verir ki, bufikirlər BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-ninNarkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ)icraçı direktoru xanım Qada Valinin “Yaşıl dünya naminə həmrəylikdövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizəaparmağı tələb edir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər vəCinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2024-cü il VəhşiTəbiətə qarşı Cinayətlərlə bağlı Beynəlxalq Hesabatında 162 ölkədə4000-ə yaxın bitki və heyvan növünün qanunsuz ticarət edildiyi qeydolunub. Bu növlərin 80 faizindən çoxu ”Kökünün kəsilməsi təhlükəsiolan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətihaqqında Konvensiya”da (CITES) öz əksini tapıb.

Mütəşəkkil cinayətkarlıq iqlim fəaliyyətinə ciddi təhlükə olmayabilər, ancaq cinayətkar şəbəkələr iqlim böhranı ilə bağlı həllyollarımıza maneə törədir. Dünyanın iqlim dəyişmələri iləmübarizəni gücləndirmək məqsədilə bir araya toplaşdığı bir vaxtdabu cinayətkar qruplar əks istiqamətdə hərəkət edir və eyni zamanda,icmalar üçün çox ciddi təhlükə yaradır.

Ətraf mühitə təsir edən cinayətlərə qarşı daha ciddi, onlaraiqlim gündəliyinin tərkib hissəsi kimi yanaşmağın vaxtı gəlibçatıb.

COP29 Sammitinin davam etdiyi vaxtda Azərbaycan konfrans zamanıtəqdim olunan Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizəorqanlarının səfərbər edilməsi çağırışı ilə güclü öhdəlik nümayişetdirib.

Bakının qəbul etdiyi bu çağırış iqlim dəyişmələri kontekstindəqlobal səviyyədə hüquq-mühafizə orqanlarının səylərini artırmaqüçün UNODC-nin ev sahibi ölkə olan Birləşmiş Ərəb Əmirlikləri iləbirgə təşəbbüs irəli sürdüyü COP28-də müəyyənləşdirilmiş məqsədlərədəstək verməyə əsaslanan mühüm addımdır.

Dövlətlər Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC)hazırlayarkən bu COP29 tədbiri iqlim məqsədlərinə doğru irəliləyişisürətləndirmək üçün ədalət mühakiməsi sisteminin cavabtədbirlərinin inteqrasiyasının vacibliyini vurğulayır.

UNODC Bakıda keçirilən COP29 tədbirində iştirak etməkdən qürurduyur, iqlim və iqlim maliyyəsi gündəliyini cinayət təhdidlərindənqorumaq üçün əlaqələr və tərəfdaşlıqlar qurur. Biz səylərimizibirləşdirərək transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgətədbirlər görə bilərik, bununla da insanların həyatını xilas edə,icmaları müdafiə edə və planetimizi qoruyub saxlaya bilərik.

Məlumat üçün bildirək ki, 2024-cü il noyabrın 15-i tarixdə ilkdəfə transmilli mütəşəkkil cinayətkarlığın bütün formalarınınyaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq və beynəlxalqəməkdaşlığı möhkəmləndirmək məqsədilə Birləşmiş MillətlərTəşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş TransmilliMütəşəkkil Cinayətkarlığın Bütün Formalarının Qarşısının alınmasıvə Mübarizə üzrə Beynəlxalq Günü kimi qeyd olunur.

Избранный
7
1
az.trend.az

2Источники