RU

Aktrisanı qınaq atəşinə TUTDULAR: “Bunu sənə yaraşdırmadıq”

“Sosial şəbəkələrdə mənə çox yazdılar ki, sizi bu obraza yaraşdırmadıq, axı sən pis insan deyilsən…”

Bu sözləri Yenicag.az-a açıqlamasında “Sara” serialına çəkilən tanınmış aktrisa Cəmilə Tağızadə deyib.

Mənfi obrazı tamaşaçılar tərəfindən qıcıqla qarşılanan aktrisa bunu özünün növbəti uğuru kimi dəyərləndirib:

“Seriallardan, filmlərdən tanıyan izləyicilər bilir ki, ilk dəfədir belə mənfi obraza çəkilirəm. “Sara” serialında həbsxana işçisi obrazını yaradıram. Həbsxana işçilərinin hamısı pis olmaq məcburiyyətində deyil. Amma mənə həvalə olunan obraz mənfi xarakteri ilə qıcıq yaradır. Çox qəddar, ikiüzlü, öz mənafeyi naminə hər yola əl atan bir obrazdır. Məni əvvəldən tanıyan izləyicilərim yazdılar ki, niyə belə bir rola çəkildin, heç sənə yaraşdırmadıq, niyə razılıq verdin, axı sən pis adam deyilsən…

Mən onlara başa sala bilmirəm ki, bu, həyatdakı Cəmilə deyil, sadəcə, ona həvalə olunan roldur. Bu rol mənfi olsa da, çox xoşuma gəlir. Maraqlı və təzadlı bir obrazdır. Aktrisanın potensialının tam olaraq üzə çıxmasında, hesab edirəm ki, müsbət obrazlarla bərabər, onun mənfi rollar da yaratmasına ehtiyac var. Peşəkar aktrisa olaraq heç vaxt rolun mənfi, ya da müsbət olmasına əhəmiyyət vermirəm. Mənfi rola görə tamaşaçı nifrəti qazanmaq özü də bir uğurdur”.

Cəvahir

Избранный
60
yenicag.az

1Источники