RU

Mərkəzi Asiya bərpa olunan enerji mənbələri üzrə hədəflərə nail olmaq üçün strateji nregiondur - Abdulla Balala

Bakı. Trend:

Mərkəzi Asiya bərpa olunan enerji mənbələri üzrə hədəflərə nailolmaq üçün strateji regiondur.

Trend xəbər verir ki, bunuBƏƏ xarici işlər nazirinin köməkçisi Abdulla Balala COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda deyib.

“2030-cu ilə qədər bərpa olunan enerji üzrə 11 teravat gücə nailolmaq üçün əlavə səylər tələb olunur. Bu, xüsusən inkişaf etməkdəolan ölkələrdə müvafiq infrastruktur və texnologiyalarıngenişmiqyaslı yaradılmasına yönəlmiş əhəmiyyətli investisiyalar vəgenişləndirilmiş iqlim maliyyələşdirilməsi tələb edir. MərkəziAsiya bu boşluqların aradan qaldırılması və səyləringücləndirilməsi üçün strateji bir regiondur”, - o bildirib.

A.Balalanın sözlərinə görə, COP29 ədalətli, səmərəli vəbərabərhüquqlu enerji keçidinin təmin edilməsi üçün maliyyəproblemlərinin kollektiv və hərtərəfli şəkildə həll edilməsi üçünbir fürsətdir.

“Bu, COP28-in sədrliyi dövründə əsas prioritet olmuşdur. Burada,Bakıda həmkarlarımızın bu səyləri necə irəlilətdiklərini görməkdənməmnunuq”, - deyə nazirin köməkçisi qeyd edib.

Onun sözlərinə görə, bərpa olunan enerji inkişafı üzrə iddialıhədəflərə nail olmaqda özəl kapital həlledici rol oynamalıdır.

“Lakin biz bilirik ki, özəl kapital, xüsusən inkişaf etməkdəolan bazarlarda və ölkələrdə kifayət qədər sürətlə və lazım olanmiqyasda yönəldilmir. Həllər və kapital mövcuddur, lakin problembazarların, siyasətlərin və iqtisadiyyatların bu həllərin tezhəyata keçirilməsi və ən çox ehtiyacı olanlara dəstək verilməsiüçün uyğunlaşdırılmasındadır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
105
az.trend.az

1Источники