Rovnopol rus ordusunun nəzarətinə keçib, daha 6 yaşayış məntəqəsi işğal olunmaq ürədir
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Rovnopol yaşayış məntəqəsini işğal edib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” bildirib.
Məlumata görə, ruslar Rovnopolu işğal etməklə yanaşı, Plehovoy, Novaya İlyinka, Novodmitrovka, Petrovka, Antonovka, Voznesenka və Novoselidovka yaxınlığında irəliləyib.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Analitiklərin fikrincə, Kuraxovski istiqaməti cəbhədə ən çətin ərazi olaraq qalır. Noyabrın əvvəlindən orada artıq ruslarla 690 hərbi toqquşma baş verib.
“DeepState” yazır: “Pokrovski sektorunda vəziyyət çətin olaraq qalır, lakin xəritədə əhəmiyyətli düşmən aktivliyi də müşahidə olunur”.