RU

Bakı hotelləri 9 ayda 296,2 milyon manat mənfəətlə - BAŞA VURUB

Bakı hotelləri bu ilin 9 ayı ərzində 202 milyon 637,1 min manat xərcə qarşı cəmi 296 milyon 216,1 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da gəlirlərin xərclərdən bir qədər artıq olması nəticəsində Bakı hotellərinin 93 milyon 579 milyon manat mənfəət əldə etmələri ilə nəticələnib.

Son bir illə müqayisədə gəlirlər 62 milyon 700 min manat və ya 26,9%, xərclər 36 milyon 941,8 min manat və ya 22,3%, mənfəət isə 25 milyon 758,4 min manat və ya 38% artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Bakı hotelləri cəmi 67 milyon 820,6 min manat mənfəət əldə  etmişdi. Belə ki, hotellərin əldə etdiyi  gəlirlər 233 milyon 515,9 min manat, xərclər isə 165 milyon 695,3  min manat idi.

Избранный
33
fed.az

1Источники