Bakıda həbs olunmuş "Tiktoker" Zeynəblə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib.
Hadisə vaxtı Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29- cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən Ramin müəllim ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı Ən-Nəimən saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb millətindən olduğu məlum olub: "Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbləri götürülüb göndərilib ekspertizaya, orada isə həblərin 77 yox, 76 olduğu məlum olub.
Məhkəmə prosesi noyabr ayının 29-na kimi təxirə salınıb.
Onu da qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilib.
Seymur Əli