RU

“Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirəcək”

“Donald Tramp hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazda ABŞ siyasətində müəyyən dəyişikliklərin olması qaçılmazıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
 
Onun sözlərinə görə, demokratlardan fərqli olaraq respublikaçılar Cənubi Qafqaz siyasətində Azərbaycanla əməkdaşlığa üstünlük verilirdi:
 
 "Baydenin hakimiyyəti dövründə Ermənistanla mühüm strateji əməkdaşlıq əlaqələr var idi. Hətta Ermənistanla ABŞ arasında vaxtaşırı  hərbi təlimlər  keçirilirdi. Ermənistan ABŞ-yə güvənərək Azərbaycanla sülh müqaviləsində yeni şərtlər irəli sürürdü. İki ay sonra  Tramp yenidən hakimiyyətə gəldikdən sonra Ermənistan tərəfinin ümidlərinin “öləcəyini” deyə bilərik. Çünki Amerika- Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq. Tramp hakimiyyəti daha çox Azərbaycanla  əlaqələrə üstünlük verəcək. Ermənistan isə  məcbur olub Azərbaycanla sülh müqaviləsini bağlayacaq və Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirəcək. Paşinyan hökümətinin  ABŞ-dən istədiklərini alması mümkün görünmür. ABŞ - Ermənistan dialoqu arxa plana keçəcək. ABŞ üçün əsas Ukrayna, Rusiya, Çin, İran məsələləri əsas prioritet olacaq".
 
Mehin Mehmanqızı
Избранный
65
moderator.az

1Источники