RU

Nazirdən Paşinyanın açıqlamasına reaksiya - Yenilənib

“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycan Konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir”.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, dünən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayaraq təqdim edib: “Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.

Qeyd edək ki, A.Hacızadə “X”də yayımladığı açıqlamada bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur: “Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

***

XİN rəhbəri Ermənistan tərəfi ilə dekabrdan əvvəl mümkün görüşə də münasibət bildirib.

“Azərbaycan və Ermənistan arasınsa danışıqlar prosesinin iki komponenti var. Biri fiziki görüşlərdir. Təbii ki, onun özünün əhəmiyyəti var. Hazırda Azərbaycan heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.

Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”, - deyə C. Bayramov vurğulayıb.

Избранный
24
7
qafqazinfo.az

10Источники