RU

Deputatlar rəqs edərək sessiyanın işini POZDULAR – VİDEO

Yeni Zelandiyada deputatlar ənənəvi maori rəqsi olan “Haka” ifa edərək parlamentin iclasını pozublar.

İnterpress.az xəbər verir ki, bu barədə Yeni Zelandiya mediası məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, bu yolla Te Pati Maori deputatları Britaniya və Maori liderləri arasında 1840-cı ildə bağlanmış “Waitangi” müqaviləsinə yenidən baxılmasına dair qanun layihəsinə etiraz ediblər.

Keçən həftə ACT Yeni Zelandiya “Waitangi” Müqaviləsinin daha dar bir şərhini qanuna daxil etmək üçün qanunvericilik təqdim etdi. İndi Maori nümayəndələri hesab edirlər ki, qanun layihəsi yerli xalqların hüquqlarını pozur.

Parlamentin iclası zamanı deputat Hana-Raviti Maypi-Klark qanun layihəsinin bir nüsxəsini cırıb və “Maori” rəqsi oynayıb. Bundan sonra o, bir günlük parlamentdəki işindən uzaqlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
50
7
interpress.az

8Источники