RU

"Topxana Layihə İnşaat" MMC bir gündə iki tenderin qalibi oldu - 434 minlik müqavilə

Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub. 

Valyuta.az-ın məlumatına görə, tender torpaq məcralı "Güdəcühür" kanalının (PK00+00-PK51+00, L=5,1 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri (PK00+00-PK7+28) 728 metr işlərinin satın alınması ilə bağlı idi. Tenderin qalibi "Topxana Layihə İnşaat" MMC olub. Qalib şirkətlə İdarə arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 194 min 877 manatdır. 

Bununla yanaşı, "Topxana Layihə İnşaat" MMC bu gün Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin keçirdiyi Saatlı rayonu ərazisində A-LR-10 nov kanalının PK(00+00),PK(13+00) üzərindəki qurğularla birlikdə əsaslı təmiri işinin satın alınması ilə bağlı tenderin də qalibi olub. Şirkətlə idarə arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri isə 239 min 776 manat olub. 

Qeyd edək ki, "Topxana Layihə İnşaat" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğlu, nizamnamə kapitalı isə 110 min 10 manatdır. 

Əvəz Həsənov

Избранный
131
16
valyuta.az

10Источники