RU

Qazaxıstan metan emissiyalarını azaltmaq üçün investisiya layihələri hazırlayıb - Nazir

Bakı. Trend:

Qazaxıstan iqtisadiyyatın müxtəlif sahələrində metanemissiyalarının azaldılması üzrə tədbirlər planı və təxminən 400milyon ABŞ dolları məbləğində investisiya layihələrinin siyahısınıhazırlayıb.

Trend xəbər verir ki, bunuQazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziriErlan Nısanbayev "İqlim tədbirləri üçün səfərbərlik: Paris Sazişinihəyata keçirən ölkələr, çoxtərəfli maliyyə təşkilatları və özəlsektor" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.

“Çoxtərəfli inkişaf bankları və özəl sektor iqlim prosesindəəsas rol oynayır. İstixana qazı emissiyalarının azaldılması vəiqlim dəyişikliklərinə uyğunlaşma məqsədlərinə nail olmaq üçünsəyləri birləşdirmək lazımdır. Bu, dövlətlər səviyyəsindəkoordinasiya edilmiş fəaliyyət tələb edir”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Parisdə qəbul edilmiş öhdəliklər –qlobal istiləşməni 2°C-dən xeyli aşağı səviyyədə məhdudlaşdırmaq vəonu 1,5°C səviyyəsində saxlamaq səyləri təkcə çıxışlarda deyil, həmdə real addımlarda əksini tapmalıdır.

“Orta müddətli perspektivdə biz milli səviyyədə müəyyən edilmiştöhfələrin işlənib hazırlanması üzərində çalışırıq ki, bu daəhəmiyyətli investisiyalar və qiymətləndirmələr tələb edir. Beşillik dövr ərzində tədbirlərin həyata keçirilməsi məqsədiləQazaxıstan metan emissiyalarının azaldılması üzrə qlobal öhdəliyəqoşulduğunu bəyan edib”, - deyə nazir vurğulayıb.

O bildirib ki, Qazaxıstan kimi ölkələrin iqlim keçidi üçün keçidmaliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkələr, beynəlxalqinkişaf bankları və özəl sektor arasındakı sinerji həlledici roloynayır. Çoxtərəfli inkişaf bankları və beynəlxalq təşkilatlardəyişikliklərin katalizatoru kimi çıxış edərək, iqlimmaliyyələşdirilməsinin buna ən çox ehtiyacı olanlara, xüsusiləinkişaf etməkdə olan ölkələrə çatmasını təmin edə bilər.

“Son olaraq qeyd etmək istərdim ki, Qazaxıstan ümumi tədbirlərigücləndirmək və iqlimlə bağlı regional proses üçün birgə yanaşmalarhazırlamaq təşəbbüsü irəli sürüb. Qazaxıstan 2026-cı ildə regionaliqlim sammiti keçirməyi planlaşdırır. Biz beynəlxalq bankları vətəşkilatları bu təşəbbüsü dəstəkləməyə çağırırıq”, - deyə ErlanNısanbayev qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
71
az.trend.az

1Источники