RU

Borc böhranı Türkiyə və Argentinanı təhdid edir

Hazırda Türkiyə və Argentina ilk növbədə borc böhranı təhlükəsi altındadır...

Poliqon xəbər verir ki, bu barədə Finance Mail portalı yazıb.

İqtisadçılar qeyd edir ki, iki amilin birləşməsi borc böhranına gətirib çıxarır. Söhbət dövlət borcunun həcmindən və ölkənin xarici və daxili bazarlarda borc götürmə dərəcəsindən gedir.

Baxmayaraq ki, Türkiyə və Argentina dövlət borcunun ÜDM-ə nisbətinə görə bir sıra ölkələrdən geri qalırlar - bu rəqəmlər Yaponiyada 255% və ABŞ-da 122% ilə müqayisədə müvafiq olaraq 30% və 88% təşkil edir. Lakin bu, Türkiyə və Argentinanı risk altında qoyan vəziyyətdir və borcun ödənilməsi ciddi problemdir.

"Çində də borc böhranı yarana bilər, lakin söhbət suveren borcdan deyil, əyalətlərin və bölgələrin borclarından gedir. Çünki regional səviyyədə böyük həcmdə borc götürülür", deyə ekspertlər qeyd edib.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники