RU

Azərbaycan regionda bərpa olunan enerji sahəsində strateji əhəmiyyətli layihələr həyata keçirir - Nazir

Bakı. Trend:

Azərbaycan regionda bərpa olunan enerji sahəsində stratejiəhəmiyyətli layihələr həyata keçirir.

Trend xəbər verir ki, bunuAzərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsindəenerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Dünya iqlim və enerji sahəsində kritik bir mərhələyə qədəmqoyub. Bu dönüş nöqtəsində bir araya gələrək qlobal enerjigələcəyini müəyyənləşdirmək üçün tarixi bir imkan əldə edirik. Bugün irəli sürülən təşəbbüslərlə bərpa olunan enerji mənbələrinəsürətli keçidə sadiqliyimizi nümayiş etdiririk.

Prezident İlham Əliyevin ekoloji təmiz enerjiyə keçidə verdiyiqəti dəstək sayəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşılenerji zonalarının yaradılması təşəbbüsləri, Xəzər dənizindənAvropaya yaşıl enerji tədarükü üçün diversifikasiya olunmuş enerjiinfrastrukturunun qurulması layihələri çərçivəsində ölkəmizregionda bərpa olunan enerji sahəsində strateji əhəmiyyətlilayihələr həyata keçirir.

Bu səylər yalnız Azərbaycanın təmiz enerji gələcəyininqurulmasına deyil, həm də yaşıl enerjinin artımını sürətləndirməkvə həm regional, həm də qlobal miqyasda maneələri aradan qaldırmağayönəlmiş COP29 təşəbbüslərinin aparıcı qüvvəsi olmağa xidmət edir”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники