RU

COP for Hope: COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə məqsədlərə nail olmaq üçün imkan yaradır - Nazir (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Özbəkistanın ekologiya, ətrafmühitin mühafizəsi və iqlim dəyişikliyi naziri AzizAbduhakimovdur.

Aziz Abduhakimov Trend-ə özəlmüsahibəsində vurğulayıb ki, COP29 çərçivəsində Özbəkistannümayəndə heyəti tərəfdaşlarla, o cümlədən, azərbaycanlı həmkarlarıilə fəal danışıqlar aparır.

“Burada bu qədər çoxsaylı nümayəndələrin, o cümlədən, nüfuzlumaliyyə institutlarının və təşkilatlarının iştirak etməsi, iqlimdəyişikliyinə qarşı mübarizədə öz məqsədlərinə nail olmaq üçün hərkəsə imkan yaradır”, - o bildirib.

Bu müzakirələr fonunda davamlı kənd təsərrüfatı, suresurslarının və otlaqların idarə olunmasına yönəlmiş “Buzlaqlardanfermerlərə” layihəsinin həyata keçirilməsi haqqında sazişimzalanıb. Bu layihə Özbəkistan, Azərbaycan və Mərkəzi Asiyanındigər ölkələri üçün xüsusi aktuallıq kəsb edir.

Nazir vurğulayıb ki, ölkələrin bu layihədə iştirakı təcrübəmübadiləsi və yeni texnologiyaların tətbiqi üçün imkanlar açır.

“Əməkdaşlığın vacib aspektlərindən biri ekoloji təhsilininkişafıdır. Yaxın zamanda Azərbaycanın da uşaqlarının iştiraketdiyi “ecocamp” layihəsi həyata keçirilib. Ümid edirik ki,azərbaycanlı dostlarımız “yaşıl universitet” - Mərkəzi Asiya ətrafmühitin öyrənilməsi və iqlim dəyişikliyi Universiteti layihəsindədə iştirak edəcəklər. Özbəkistan bu layihə çərçivəsindəazərbaycanlı tələbələr üçün qrantlar və təqaüdlər ayırıb və butəhsil layihəsində öz azərbaycanlı tərəfdaşlarının iştirakına ümidedir”, - deyə o qeyd edib.

Nazir, həmçinin, Özbəkistanın “yaşıl universiteti” haqqındadanışıb.

“Biz iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, ətraf mühitinçirklənməsinə nəzarət sistemlərinin işlənib hazırlanması sahəsindəixtisaslaşmış azərbaycanlı həmkarlarımızı və alimlərimizi bizim“yaşıl universitet”imizin nəzdində yaradılmış iqlim rezidensiyasınadəvət etmək istəyirik.

Müxtəlif ölkələrdən olan alimlər burada bilik və təcrübəmübadiləsi edə, birgə eksperimentlər apararaq, ekolojiproblemlərimizin həlli üçün ümumi yanaşmalar hazırlaya bilərlər”, -deyə A.Abduhakimov əlavə edib.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники