RU

Kursk əhalisi Şimali Koreya əsgərlərinin gəlişindən narazıdır

Kursk bölgəsində Şimali Koreya qoşunları artıq sabitlənir...

Poliqon xəbər verir ki, bu barədə Radio NV-nin efirində Ukrayna Müdafiə Qüvvələrinin hərbi qulluqçusu Vitali Ovçarenko məlumat verib.

"Mən və mənim bölməm hələ Şimali Koreya qoşunları ilə qarşılaşmamışıq. Ümumiyyətlə, onlar qeydə alınıb. Amma hazırda nə iş gördükləri ilə bağlı konkret məlumatım yoxdur. Axı onları müəyyən səviyyədə buryatlarla qarışdırmaq olar. Daha yaxşı olar ki, rəsmi sözçülər bu məlumatı səsləndirsinlər", deyə Ovçarenko bildirib.

O, həmçinin Kursk vilayətinin yerli əhalisinin öz torpaqlarında Şimali Koreya qoşunlarının peyda olması ilə bağlı məlumatlara necə reaksiya verdiyini bildirib. Onun sözlərinə görə, yerli əhali bu məlumatdan razı deyil.

"Biz yerli əhaliyə məlumat verdik ki, ruslar Şimali Koreya qoşunlarını bura cəlb edirş. Təbii ki, bu, onların xoşuna gəlmir. Deyirlər "ay Allah, bunlardan sonra kim olacaq?" Onlar bundan məmnun deyillər", deyə hərbçi bildirib.

Bir gün əvvəl DeepState analitikləri rusların Kursk bölgəsində yeni hücum əməliyyatı haqqında məlumat vermişdilər. Mütəxəssislər qeyd edirlər ki, işğalçılar 5 hücum həyata keçirsələr də, uğursuz alınıb. Bu arada ABŞ Dövlət Departamenti Şimali Koreya qoşunlarının Kursk vilayəti ərazisində iştirakı ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

Poliqon.info

Избранный
52
poliqon.info

1Источники