RU

Tramp Kennedini bu vəzifəyə gətirəcək - FOTO

Tramp Səhiyyə Departamentinin rəhbəri vəzifəsinə kiçik Kennedinin namizədliyini irəli sürüb.

Milli.Az xəbər verir ki,  ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vaksin əleyhinə olan kiçik Robert Kennedinin namizədliyini ABŞ Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə irəli sürüb:

"Mən kiçik Robert Kennedinin ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Naziri olacağını elan etməkdən məmnunam. Çox uzun müddətdir ki, amerikalılar aldatma və dezinformasiyaya əl atan sənaye qida kompleksi və əczaçılıq şirkətlərindən əziyyət çəkirlər. Bu məsələ bununla həll olacaq" - Tramp sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Robert Kennedi ABŞ-ın sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.Prezident seçkilərinə namizəd Robert Kennedi avqust ayında namizədlikdən geri çəkildiyini və Respublikaçı namizəd Trampı dəstəkləyəcəyini açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
47
19
milli.az

10Источники