RU

İnkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar üçün daha yaxşı şərtlərlə əlçatan maliyyələşdirməni təmin etmək vacibdir - IRENA

Bakı. Trend:

İnkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar üçün daha yaxşışərtlərlə əlçatan maliyyələşdirməni təmin etmək vacibdir.

Trend xəbər verir ki, bunuBeynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoruFrançesko La Kamera COP29 çərçivəsində keçirilən enerjitəşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"2030-cu ilə qədər bərpa olunan enerji, şəbəkələr, çeviklik,enerji səmərəliliyi və enerji saxlanmasına investisiyalar üçün 31,5trilyon ABŞ dolları tələb olunacaq. Yeni maliyyə məqsədi buistiqamətdə aydın siqnal verməlidir. IRENA burada COP29-un sədrininParis Sazişinin həyata keçirilməsi və enerji keçidi vasitəsiləiqlim tədbirlərinə investisiyaların cəlb olunması üçün "yaşıl"enerji üzrə üç təşəbbüsü qəbul etmək çağırışını dəstəkləmək üçünvar.

Həmrəylik göstərərək, investorlar, sənaye və vətəndaş cəmiyyətiüçün yaşıl enerji investisiyalarının sürətləndirilməsininzəruriliyi barədə aydın siqnal verəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
43
az.trend.az

1Источники