RU

Vanda Nara Mauro İkardini zorakılıqda ittiham etdi

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham edilib.

Arena.az bu barədə AS dərgisinin Argentina kütləvi informasiya vasitələrinə istinadı əsasında məlumat verir.

Mənbənin məlumatına görə, keçmiş həyat yoldaşları arasında münaqişə, futbolçunun sağ dizinin çarpaz bağını və meniskini zədələyərək Argentinaya qayıtmasından sonra qızışıb.

“Eşidəcəyiniz xüsus ciddidir. Vanda Naradan Mauro İkardiyə qarşı şikayət var…

Məsələ onun (Vandanın) mübahisə etməkdən yorulmasında deyil, ciddi olmasındadır. O, öz qızlarını ziyarət etməyə yollanıb. Artıq gec olub, Vandanın qızları və oğulları yatmış olublar. Vanda və Mauro arasında güclü mübahisə baş verib ki, o (Mauro), onun çıxıb getməsini istəməyib”, – jurnalist Anxel de Brito “Los ángeles de la mañana” (LAM) verilişində səsləndirib.

Münaqişənin səbəbləri və mahiyyəti daha ətraflı açıqlanmır. Futbolçunun “Vanda Naranı birbaşa və ya dolayı təqib və ya hədə-qorxu hərəkətlərindən çəkinməli olduğu” məhkəmə tələbinə dair bildirişlər aldığı məlumdur. Bundan əlavə, Mauro İkardi noyabrın 15-də Buenos-Ayresdəki 106 saylı mülki məhkəmə qarşısında dayanmalı və ifadə verməlidir.

Xatırladaq ki, Vanda Nara bu yaxınlarda, reper L-Gante ilə münasibəti haqda bütün şayiələri təsdiqləyib. Argentinalı model daha əvvəl yalnız dostluqdan danışaraq, gənc oğlanla hər hansı əlaqəsini inkar etmişdi. Lakin cütlük artıq bu münasibətləri gizli saxlamağa ehtiyac duymur. Bu isə Mauro İkardi ilə Vanda Nara arasındakı münasibətlərin tamamilə bitdiyini göstərir.

Избранный
26
arena.az

1Источники