RU

Türkiyədə məzuniyyətə gələn əsgər evində öldü - FOTO

Aksarayda 26 yaşlı əsgər məzuniyyətə getdiyi evində dünyasını dəyişib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, bir həftə əvvəl məzuniyyətə gələn Melih Çopurun halı pisləşərək xəstəxanaya yerləşdirilib.

Xəstəxanada sətəlcəm diaqnozu qoyulan Melih evdə dincələn zaman anası Asuman Çopur otağına daxil olub. Oğlunu oyatmağa çalışan ana onun cavab vermədiyini görüb dərhal təcili yardıma məlumat verib.

Hadisə yerinə gələn həkimlər onun dünyasını dəyişdiyini müəyyən edib.

Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
34
50
milli.az

10Источники