RU

Xəsislik və cadu etdiyi üçün ARVADINI BOŞADI

İş adamı Murat B. 2 ildir evli olduğu həyat yoldaşı Türkan B.-nin evdə su və işıq istifadəsinə məhdudiyyət qoyduğunu, kombi işlətmədiyini, kinoya getdikləri zaman evdən yemək apardığını, restoranda ofisianta ödədiyi pulu geri götürüb, həmçinin çarpayısından və paltarından tapdığı gözmuncuğu ilə onu cadu etdiyini iddia edərək boşanmaq üçün məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, baxılan işdə Türkan B. ittihamı qəbul etməyib və ərinin həddindən artıq pul xərclədiyini iddia edib.

Məhkəmə bank hesabından çıxarışlara, dosyeyə təqdim edilən amuletin fotoşəkillərinə və şahid ifadələrinə əsaslanaraq, son dərəcə xəsis olduğu və cadu etdiyini qənaətinə gələrək Türkan B.-nin ciddi təqsirli olduğuna qərar verib.

Nəticədə, məhkəmə cütlüyün boşanmasına qərar verib.

Günel Məlikzadə


Избранный
46
1
news24.az

2Источники