RU

"İstənilən nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi lazımdır" - AÇIQLAMA

"Mopedlər üçün də sürücülük vəsiqələri və qeydiyyat nişanı tələb oluna bilər". 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib. 

O, bir müddət əvvəl bu məsələnin gündəmə gəldiyini xatırladıb:

"Bir müddət əvvəl bununla bağlı müəyyən addımlar atıldı. Yəni bir qayda olaraq moped və motosiklet sürücüləri üçün mütləq şəkildə sürücülük vəsiqəsinin təmin olunması təşviq edilməyə başlanıldı. Lakin bir müddət sonra bu prosesdə durğunluq yaşandı. Yaxın zamanda yenidən bu məsələnin gündəmə gəlməsi müəyyən proseslərdən asılı olacaq".

362475 

Ekspert vurğulayıb ki, hər hansı nəqliyyat vasitəsinin idarə edilməsi üçün mütləq şəkildə sürücülük vəsiqəsi olmalıdır:

"Dünya praktikasında belədir ki, nə idarə edirsən et, onun üçün xüsusi bir vəsiqə və ya icazə talonuna sahib olmalısan. Yəni nəyisə nəyi icazə vərəqəsi olmadan sürmək doğru deyil. Bu nöqteyi-nəzərdən nəzərdən gələcəkdə mopedlər bağlı da hansısa addımlar atıla bilər". 

Aslan Əsədovun sözlərinə görə, hətta iş həcmi 50 kub santimetrdən az olan nəqliyyat vasitələrini idarə edənlərin belə sürücülük vəsiqəsi olmalıdır:
"Nəinki 50 kub santimetrdən, istənilən mühərrik həcmində olan nəqliyyat vasitələrinin texniki parametrlərindən asılı olaraq sənədləşdirilməsi mütləqdir. Burada bir neçə parametrdən söhbət gedə bilər. Bu parametrlər də özünəməxsus şəkildə müəyyən olunmalıdır".

Pərviz

Избранный
43
hit.az

1Источники