RU

Çinşirkətləri İran neftindən imtina edir

Çin şirkətləri İran və Rusiyadan neft ixracatını azaldaraq Afrika ölkələrindən neft almağa başlayıblar.

Bu barədə xarici mənbələr məlumat yayıb.

"Çin şirkət və neftayırma zavodları İran və Rusiya neftindən imtina etmələrini şərayitin dəyişməsi ilə əlaqələndiriblər",- məlumatda bildirilib.

Bu, İran hökumətinin Çin şirkətlərinə neft satışı qiymətlərini əvvəlki illə müqayisədə iki dəfə ucuza satması ilə eyni vaxta təsadüf edir.

Bəzi mənbələr Çin şirkətlərinin bu addımını İsrailin İranın neft infrastrukturuna mümkün hücumları və İran neftinin hasılat və ixracatının azalacağı barədə  narahatlıqla əlaqələndiriblər.

"Buna görə də, bir sıra Çin şirkətləri indidən İran neftinə alternativ neft ixracatçıları ilə əlaqə qurmağa başlayıblar",- məlumatlarda bildirilib.

visiontv.az



Избранный
20
visiontv.az

1Источники