RU

COP29-la bağlı dezinformasiya yayanlarla bağlı AÇIQLAMA: "Cəzalandırılmalıdırlar..."

Ölkəmizdə COP29 davam edir. Dünyanın gözü və diqqətinin Azərbaycanda olduğu bir məqamda bəzi sosial şəbəkə istifadəçiləri dezinformasiya xəbərləri yaymaqla məşğuldurlar. Belə olduğu halda bu şəbəkə istifadəçilərinin yaydıqları saxta dezinformasiya xəbərləri ciddi mediaya da təsirsiz ötüşmür. 
 
Mövzu ilə bağlı əməkdar jurnalist Qulu Məhərrəmli Moderator.az-a danışdı. 
 
 
“Təəssüf ki, bu qədər xəbərdarlıqlara, maarifləndirmə işinə baxmayaraq, bəzi sosial şəbəkə səhifələri, saytlar yanlış dezinformasiya xəbərlər yayırlar. Yalan, böhtan xarakterli məlumatlar yaymaqda davam edirlər. Haradan götürülür bu məlumatlar, bilinmir, konkret ünvan, mənbə yoxdur. Belə hesab etmək olar ki, bu cür məlumatların hamısı məqsədli şəkildə əhali arasında çaşqınlıq yaratmağa yönəlib. Dünyanın diqqətinin ölkəmizdə olduğu bir məqamda insanların əsəbini tarıma çəkənlər, yanlış informasiya verənlər cəzalandırılmalıdır. Bu cür məsələlərin qarşısını almaq üçün mətbuat, ifadə azadlığı anlayışlarını sui- istifadə etmək olmaz. Bu, düşünülmüş qərəzli yalan, böhtan xarakterlidir, kütləvi təşviş və vahimə yaratmağa yönəlmiş xəbərlərdir. Ona görə də informasiya təhlükəsizliyindən irəli gələn tədbirlərin görülməsini şərtləndirir. Bu cür insanlara qanunun bütün gücü ilə cavab verilməlidir ki, bir də belə addımlar atılmasın. Başqaları da bundan nəticə çıxarsın. Bu cür məlumatların yayılması nə jurnalistikadır, nə də informasiya təbliğatdır. Bunlar heç bir meyara uyğun gəlməyən yalnız yalan manipulyativ davranışdır. Ona görə də sərt inzibati metodlarla cavab verilməlidir”.
Избранный
28
moderator.az

1Источники