RU

Ernesto Ramirez: UNESCO iqlim və mədəniyyət mövzusunda öz töhfəsini verməyə hazırdır

UNESCO iqlim və mədəniyyət mövzusunda öz töhfəsini verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Ernesto Renato Ottone Ramirezin Bakıda COP29 çərçivəsində Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin ikinci yüksək səviyyəli görüşünün iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Məktubda bildirilib ki, mədəni irsin qorunmasında iqlim dəyişikliyinin də təsiri var:

“İqlim dəyişikliyi dənizdəki abidələrin 70 faizinə təsir edir. Bu gedişlə 2100-cü ilə qədər buzlaqların 60 faizi yox ola bilər. Təbii resursların da itirilməsi təhlükə altındadır. Biz bilirik ki, insanlar mədəniyyətdən ibarətdir. Ona görə də iqlim dəyişikliyinin mədəniyyətə təsirini araşdırırıq”.

UNESCO rəsmisi vurğulayıb ki, iqlim dayanıqlılığı iqlim dəyişikliyi ilə bir-birinə bağlı olduğundan 2030-cu ildə lazımi səviyyəyə çatmaq üçün mədəniyyətin qorunması da iqlim gündəliyinə əlavə edilməlidir:

“Mədəniyyət gündəliyin əsas məsələlərindən biri olmalıdır. Bilik sistemini də unutmaq olmaz. COP28-də müəyyən uğurlar əldə edilib. Bu istiqamətdə işləri davam etdirməyə qətiyyətliyik. UNESCO iqlim və mədəniyyət mövzusunda töhfə verməyə hazırdır. Bu konteksdə beynəlxalq səviyyədə addımlar atılmalıdır”.

Избранный
39
4
report.az

5Источники