RU

COP for Hope: COP29 bu tədbirdən sonra birgə işlərin davam etdirilməsinin başlanğıcı olacaq - Gilad Şadmon - FOTO

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İsrailin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmondur.

Day.Az xəbər verir ki, Gilad Şadmon Trend-ə özəl müsahibəsində bildirib ki, COP29 çox yüksək səviyyədə keçir və Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib.

"COP29 COP-dan sonrakı birgə işlərin davam etdirilməsi üçün başlanğıc olacaq. COP29-dan sonra birləşəcək icmalar yaratdığımız zaman bu COP-u, həqiqətən, vəziyyəti dəyişən vacib bir mərhələ kimi xatırlayacağıq", - deyə o bildirib.

G.Şadmonun fikrincə, COP29 ümumi problemlərin əməkdaşlıqla həlli yollarını müzakirə etmək üçün bir fürsətdir.

"İqlim böhranı ümumi bir problemdir. Bu, yalnız İsrailin, Azərbaycanın, Yunanıstanın, Qazaxıstanın və ya digər region ölkələrinin problemi deyil. İqlim böhranı sərhədləri, icmaları və mədəniyyətləri tanımır", - deyə o vurğulayıb.

İsrailin COP29-un müvəffəqiyyətinə sadiqliyinə gəldikdə, G.Şadmon qeyd edib ki, İsrail startap ölkəsi kimi tanınır.

"Bizdə çoxlu innovasiya mərkəzləri var və mənim ofisim, Regional Əməkdaşlıq Bürosu, əsasən, innovasiya mərkəzlərinə sərmayə qoyur. İsraildə dörd müxtəlif innovasiya mərkəzimiz var ki, bunlar digər ölkələrlə əməkdaşlıq edir və əlaqələr qurur. Onlardan biri Eylatda yerləşən "C-Innovation"dur. Digəri Dimonadakı "Cənub İnnovasiya Mərkəzi"dir. Üçüncüsü isə Beer-Şevadakı "Desert Tech" mərkəzidir. Dördüncüsü isə "BILT" adlanır. Biz Azərbaycanı İsraildəki bu innovasiya əməkdaşlığına qoşulmağa dəvət edirik", - deyə o bildirib.

Bundan əlavə, G.Şadmon qeyd edib ki, İsrailin Azərbaycanla xüsusi bir təhsil proqramı mövcuddur.

"Ümid edirəm ki, COP29 çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacağıq. Birlikdə həyata keçirmək istədiyimiz xüsusi bir proqramımız var ki, bu da tələbələri iqlim problemlərinin həlli yollarını öyrətməyə yönəlib", - deyə o əlavə edib.

G.Şadmon əlavə edib ki, İsrailin iqlimlə bağlı bir çox sahələrdə kifayət qədər bilik və təcrübəsi var və ölkə Azərbaycanın təcrübə və biliklərini öyrənmək istəyir.

"Biz bu bilikləri və təcrübələri birləşdirərək, hamımız üçün yaxşı bir gələcək qururuq", - deyə o vurğulayıb.

  • COP
  • COP
  • COP
  • COP
  • COP
  • COP
  • COP
  • COP
  • COP
  • COP
Избранный
5
2
day.az

3Источники