RU

İmamoğlunun "Məhkəməni alət ediblər, vız gələr, tırs gedərlər" sözlərinə nazirdən cavab gəldi: "Məhkəmə kiminsə arxa bağçası deyil"

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu İstanbul Prokurorluğunun tələbi ilə Daxili İşlər Nazirliyi Təftiş Komissiyasının İstanbul və ankarada bələdiyyələrinin konsertlərə xərclədiyi pullarla bağlı yoxlamasına çox sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əkrəm İmamoğlu bu yoxlamanı onlara iqtidarın təzyiqi kimi xarakterizə edib: 

"Bu, bizə təzyiqdir, prokurorluğa, məhkəmələrə verilən əmr və göstərişlərlə edilir. Ancaq bu bizə vız gələr, tırs gedər...".

İmamoğlu iqtidarın bütün media arsenalı ilə onlara qarşı hücuma keçməsini də əmrlə əlaqələndirib: “Təəssüf ki, bu zehniyyət biz hakimiyyətə gələnə qədər davam edəcək...".

Ədliyyə naziri Yılmaz Tunç isə bu iddiaları rədd edib.

Nazir bildirib ki, araşdırma tamamilə qanuni qaydada aparılır: "Nə məhkəmə, nə prokurorluq əmr almaz, almır. Yoxlamanı təzyiq kii qələnə vermək də şüursuzluqdur. Bu kimi cümlələr işlətsəniz, camaat “görəsən, gizlətdiyiniz bir şey varmı?” deyər. Niyə təlaşa düşürsünüz ki? Gizlədəcəyiniz bir şey yoxdursa, t\əlaşa ehtiyac da yoxdur. Yarğı qurumları heç kimin arxa bağçası deyil..."

Firudin Səfərli

MİA.AZ

Избранный
39
1
mia.az

2Источники