RU

Məqsədə nail olmaq üçün COP29-un "yaşıl" enerji təşəbbüslərini milli siyasətlərə, planlaravə proqramlara çevirmək vacibdir - İRENA

Bakı. Trend:

Məqsədə nail olmaq üçün COP29-un "yaşıl" enerji təşəbbüslərinimilli siyasətlərə, planlara və proqramlara çevirmək vacibdir.

Trend xəbər verir ki, bunuBeynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoruFrançesko La Kamera COP29 çərçivəsində keçirilən enerjitəşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"IRENA COP29-un sədrliyi tərəfindən təklif edilən üç siyasitəşəbbüsü – "yaşıl" enerji dəhlizləri, enerjinin saxlanması vəşəbəkələr, həmçinin, hidrogenlə bağlı təşəbbüsləri 2030-cu iləqədər əlçatan bərpa olunan enerji məqsədinə çatmaq üçün həyatiəhəmiyyətli tədbirlər kimi dəstəkləyir.

Bərpa olunan enerji mənbələrinin payının artırılması vaxtındaşəbəkələrə qoşulmanı, minimum tədarük məhdudiyyətlərini, effektivenerji ötürülməsini və sistemlərin çevikliyini təmin edən kifayətqədər investisiyaları tələb edir.

Bərpa olunan enerji güclərinin üç dəfə artırılması qlobalməqsədinə cavabdeh olan bir agentlik olaraq, bu üç təşəbbüsünölkələr tərəfindən dəstəklənməsi və həyata keçirilməsinin ParisSazişi məqsədlərinə uyğun keçidə və COP-un yekun nəticələrininformalaşmasına töhfə verəcəyinə əminəm.

Məqsədimizə nail olmaq üçün COP29-un "yaşıl" enerjitəşəbbüslərini milli siyasətlərə, planlara və proqramlara çevirməkvə onların praktik şəkildə tətbiqini təmin etmək lazımdır. Buyanaşma yeni indekslərdə əks olunmalıdır. Bizə şəbəkələr, çeviklikvə enerjinin saxlanması sahəsində ölçülə bilən milli məqsədlərlazımdır", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
81
az.trend.az

1Источники