RU

2030-cu ilə qədər 1500 QVt enerji saxlama gücü qurulmalıdır - Aİ-nin energetika üzrə komissarı

Bakı. Trend:

2030-cu ilə qədər 1500 giqavat enerji saxlama gücləri qurulmalıvə çevikliyi artırmaq üçün digər həllər tətbiq edilməlidir.

Trend xəbər verir ki, bunuAvropa İttifaqının (Aİ) energetika üzrə komissarı Kadri SimsonCOP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə NazirlərDialoqu zamanı bildirib.

"COP28 qalıq yanacaq dövrünün sonunun başlanğıcı oldu. Lakindünya hələ də bu məqsədlərə uyğun hərəkət etmir. Yaxşı xəbər odurki, bu məqsədlərə çatmaq mümkündür. Bu yerdə enerji saxlama,şəbəkələr və çevikliyi artırmaq üçün digər həllər vacib roloynayır. Onlar təmiz enerjiyə keçid üçün lazım olan böyük həcmdəbərpa olunan enerjinin inteqrasiyasını təmin edir.

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən maksimumdərəcədə faydalanmaq və elektrikləşmənin səviyyəsini əhəmiyyətlidərəcədə artırmaq üçün 25 milyon kilometr şəbəkə qurulmalı və yamodernləşdirilməlidir.

Enerji saxlama və şəbəkələr yeganə alətlər deyil. İnkişafetməkdə olan iqtisadiyyatlarda maliyyələşdirmənin miqyasınıgenişləndirmək, eləcə də, təmiz enerji keçidi üçün həyati əhəmiyyətkəsb edən mineralların ədalətli və davamlı tədarükünü təmin etməklazımdır.

Bu investisiyalar, enerji saxlama və şəbəkələrin tətbiqi olmadanqlobal bərpa olunan enerji və enerji səmərəliliyi hədəflərinə nailolmaq mümkün deyil. Bu qlobal məqsədlər olmadan isə qlobalistiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağa uyğun təmiz enerjikeçidi qeyri-mümkündür.

Ona görə də Enerji Saxlama və Şəbəkələr üzrə Qlobal Razılaşmanınbaşladılmasını məmnuniyyətlə qarşılayıram", - deyə K.Simsonvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
43
1
az.trend.az

2Источники