RU

Mərkəzi Asiya əhəmiyyətli su resurslarına, zəngin günəş və külək enerjisi potensialına malik unikal bir regiondur

Bakı. Trend:

Mərkəzi Asiya əhəmiyyətli su resurslarına, eləcə də zəngin günəşvə külək enerjisi potensialına malik unikal bir regiondur.

Trend xəbər verir ki, bunuÖzbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov COP29çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Görüşüzamanı bildirib.

"Ölkələr arasında enerji inteqrasiyası həqiqətən mühüm əhəmiyyətdaşıyır. Bu, hər bir ölkənin təbii resurslarından daha səmərəliistifadə etməyə və əsasən bərpa olunan enerji mənbələrinininteqrasiyası üçün təbii resurslardan optimal istifadə etməyə imkanverir.

Mərkəzi Asiya unikal bir regiondur, burada, məsələn, Qırğızıstanvə Tacikistan kifayət qədər su resurslarına, Özbəkistan isə zəngingünəş və külək resurslarına malikdir. Bu isə bizə elektrikenerjisinin artıq hissəsini effektiv şəkildə ticarət etməyə vəçatışmazlıq dövründə enerji idxal etməyə imkan yaradır", - deyənazir müavini qeyd edib.

O vurğulayıb ki, bu baxımdan, dövlətlərarası inteqrasiya olduqcavacibdir.

"Bütün regionları birləşdirərək ölkələr arasında elektrikenerjisi ticarəti üçün mərkəzi platforma yarada bilərik. Bu,həqiqətən də açar məqamdır. Bütün inkişaf etməkdə olan ölkələrinbərpa olunan enerji mənbələrinin inkişafı üçün aydın strategiya vəümumi planı olmalıdır. Bu məsələdə dəqiqlik olduqca vacibdir,xüsusilə bankların belə layihələrə maliyyə cəlb etməsi üçün. Çünkienerji sisteminizə hansı miqdarda günəş və külək enerjisi, eləcə dədəyişkən generasiya inteqrasiya etməyi planlaşdırdığınızı anlamaqmühümdür", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
54
az.trend.az

1Источники