RU

Zəfər parkı qəhrəmanlıq simvoludur

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq bu tarixin üç əsas qəhrəmanıdır.  Bu tarixi Zəfərlə Prezident cənab İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu, qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində düşmən məğlub oldu və ötən ilin sentyabrındakı bir günlük lokal antiterror aksiyasindan sonra isə 30 ildən çox işğal altında qalmış torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Şanlı Qələbəmizin əbədiləşdirilməsi, müharıbədə əsgər və zabitlərimizin şücaətini əyani göstərmək məqsədi ilə 2021-ci il aprelin 12-də Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Hərbi Qənimətlər Parkının açılışı oldu. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olmuş tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Bakı  sakinləri, eləcə də şəhərimizin qanaqları bu parkı ziyarət edərək Vəhət müharıbəsində düşmənə məxsus texnikaların necə məhv edildiyini əyani şəkildə görürlər.

Bu il noyabrın 8-də isə Bakıda Zəfər parkı açılışı olub. Zəfər parkında - şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Müasir üslubda inşa edilən tağ əzəmətliliyi ilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Həmin gün abidənin açılışını edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həm də xalqımıza müraciət edib. Qeyd edilib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

            Zəfər parkı, Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş bir abidə kompleksidir. Bu parkda şəhidlərin qəhrəmanlıqları və müharibədə verdikləri fədakarlıqlar simvolizə olunur. Parkın hər bir guşəsi, şəhidlərimizin və qazilərimizin ruhunu əbədiləşdirməklə yanaşı, gələcək nəsillərə vətənpərvərlik və mübarizə əzmi barədə mühüm dərslər verir. Şəhidlərimizin adları, onların həyatları və müharibə zamanı göstərdikləri qəhrəmanlıqlar parkda yerləşən abidələr vasitəsilə gələcək nəsillərə tanıdılır. Bu abidə, 44 günlük müharibədə qəhrəmancasına həyatını itirən Azərbaycan hərbçilərinin şücaətini təmsil edir. Abidə, xalqın və dövlətin şəhidlərə olan ehtiramını və minətdarlığını ifadə edir. Zəfər parkının açılması vətənpərvərliyin təbliğində çox mühüm bir rol oynayır. Park, yalnız bir istirahət məkanı olmaqla kifayətlənmir,  həm də Azərbaycanın müasir tarixindəki ən əhəmiyyətli və simvolik hadisələri – xüsusilə 2020-ci ilin Vətən Müharibəsi nəticəsində qazandığı zəfəri yaşatmaq və təbliğ etmək məqsədini daşıyır. Zəfər Parkının açılışı, vətənpərvərlik hissinin gücləndirilməsi və Azərbaycan xalqının milli birliyinin təbliği baxımından mühüm bir addımdır.

Zəfər parkı sadəcə müharibə ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərilən mübarizənin rəmzidir. Parkda yerləşən abidələr və ekspozisiyalar vasitəsilə gənclərə vətənpərvərlik ruhunun nə qədər dəyərli olduğu, hər bir vətəndaşın öz torpağına, millətinə necə xidmət etməli olduğu barədə mesajlar verilir. Həmçinin, gələcəckdə parkda təşkil olunacaq sərgilər və tədbirlər, Azərbaycanda gənclərin milli dəyərləri qəbul etməsini, vətənə olan bağlılıqlarını gücləndirəcək.

Cənab Prezident İlham Əliyevin Zəfər Parkının açılışında etdiyi müraciət, yalnız bir parkın açılışı ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və gücünün rəmzi olan, xalqın iradəsini və qələbəsini simvolizə edən bir çıxış idi. O, xalqı bir daha mübarizəyə və gələcəyə ümidlə baxmağa çağırdı, bu zəfərin hər bir azərbaycanlı üçün əziz olduğunu və bu zəfərin daim yaşadılacağını bəyan edib.

Ölkə başçısımız  bildirdi ki, “Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik”. əlavə olaraq bildirilib ki, "2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb”.

Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır. Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Избранный
74
yeniazerbaycan.com

1Источники