RU

İnsanı qəfil ölümdən qoruyacaq ucuz məhsul

Düzgün qidalanma qan damarlarının sağlamlığını yaxşılaşdırmağa kömək edəcəkdir. 

“Cebheinfo.az” “Hibiny.ru” portalına istinadən yazır ki, eyni zamanda, bəzi məhsullar qan laxtalarının əmələ gəlməsindən qoruya, hətta qocalmanı ləngidə bilər. Bu barədə həkimi Olqa Danilyuk danışıb.

O qeyd edib ki, bu möcüzəli qidalardan biri də sarımsaqdır. 1-ci və 2-ci tip diabetdə qanda qlükozanı, "pis" xolesterol və trigliseridlərin səviyyəsini, qan damarlarının divarlarında aterosklerotik laxtalarının əmələ gəlməsi riskini, qanın özlülüyünü azaldır. Hətta mövcud olanların rezorbsiyasını sürətləndirir.

Bundan əlavə, sarımsaq yaşlanma prosesini yavaşlatır. Onun sözlərinə görə, keçəlliyi müalicə etmək üçün də istifadə olunur.

Bunun üçün sarımsağı əzmək və sonra baş dərisinə sürtmək lazımdır. Mütəmadi prosedurlar saç köklərini gücləndirməyə və onların böyüməsini sürətləndirməyə kömək edəcək.

Избранный
46
1
cebheinfo.az

2Источники