RU

İsrael Orexa: "Yerli xalqların əməkdaşlığa, texnologiya transferinə ehtiyacı var"

"Biz inklüziv, əməkdaş və tərəfdaş bir dünyaya çağırış edirik. Yerli xalqlar dünyanı idarə edə biləcək biliyə sahibdirlər".

hakimiyyet.az xəbər verir ki, bu sözləri Gücləndirmə və Gənclərin İnkişafı üzrə Əlaqəli Təbliğatın icraçı direktoru, nigeriyalı fəal Prins İsrael Orexa müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə keçirilən etiraz aksiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, COP29 müzakirələrində yerli xalqlara da yer verilməsindən yana olduqlarını vurğulayıb:

"Yerli xalqların əməkdaşlığa, texnologiya transferinə ehtiyacı var. Onlar da maliyyələşdirilməlidir. Birgə işləməsək, iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik. Çalışaq ki, hər qitə iqlim dəyişikliyi ilə mübarizədə birlikdə olsun. Gəlin gücümüzü bir araya gətirək".

İsrael Orexa həmçinin qeyd edib ki, COP29-da iqlim fəaliyyətinin lokallaşdırılmasına, insan mərkəzli, insanları mənfəətdən üstün tutan siyasətlərə baxılmalıdır:

"Biz sağ qalmaq istəyirik, yox olmaq istəmirik. Biz bir araya gəlmək istəyirik. Yerli xalqlarımızı dinləyin, elmimizə qulaq asın, həll yollarımıza diqqət yetirin. Biz birlikdə iqlim dəyişikliyi ilə mübarizə aparacağıq".

Aygün Mirakif

Избранный
39
2
hakimiyyet.az

3Источники