Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına görə, dövlət büdcəsində 12 aylıq kəsirin məbləği 2 trilyon lirəyə (58 milyard dollar) çatıb.
Sfera.az xəbər verir ki, yalnız oktyabrda büdcə kəsiri 186,3 milyard lirə (5,4 milyard dollar) olub. Bir ayda Türkiyə dövləti yalnız faizlərə görə 4 milyard dollar ödəyib.
Türkiyənin dövlət büdcəsində hər il böyük kəsir qeydə alınır. Bu kəsiri bağlamaq üçün isə hökumət həm daxildən, həm də xaricdən borc cəlb edir. Cəlb olunan borclara görə ödənilən faizlərin məbləği ilbəil artır.
Vasif
Sfera.az