RU

Bəydən maraqlı hədiyyə: 17 min dolları gəlinin önünə xalça kimi sərdi

Filippində keçirilən toyda bəyin gəlinə taxdığı maraqlı puldan boyunbağı sosial şəbəkələrdə yayılıb. Görüntülərdə bəyin çamadanından xalça boyda əskinasları çıxararaq gəlinin boynuna taxdığı görünür.

News24.az xəbər verir ki, 1 milyon Filippin pesosu (təxminən 17 min dollar) dəyərində əskinas silsiləsi toyun ən diqqət çəkən məqamlarından biri olub. Video sosial mediada böyük marağa səbəb olub, 41,2 milyon baxış və 4,8 milyon bəyənmə toplayıb.

Filippin mədəniyyətində “pul rəqsi” kimi tanınan bu ənənə yeni evlənən cütlüklərin toy mərasimində ilk rəqsi zamanı həyata keçirilir. Ənənəyə görə, cütlər müxtəlif üsullar tətbiq edə bilərlər. Bəzi toylarda ailə üzvləri rəqs edən cütlüyə pul bağlayır, bəzilərində isə bu toyda olduğu kimi daha təmtəraqlı təqdimatlara üstünlük verilir.

Dünyada heyrətlə qarşılanan bu ənənə Filippində evli cütlüklərə maddi dəstək vermənin ənənəvi yolu kimi qiymətləndirilir. Sosial şəbəkə istifadəçiləri xüsusilə pul boyunbağının uzunluğu və miqdarı ilə bağlı çoxlu şərhlər yazıblar.

Mütəxəssislər bu cür ənənələrin hər mədəniyyətdə fərqli şəkildə həyata keçirilə biləcəyini, Filippində pul rəqsinin də yerli mədəniyyətin mühüm bir parçası olduğunu bildirirlər.



Избранный
30
news24.az

1Источники