RU

Aşiq Namiq atasının ölümündə onu ittiham etdi: Şok açıqlama - VİDEO

Aşiq Namiq Fərhadoğlunun atası dünyasını dəyişib.

Turanpress.org xəbər verir ki, ifaçı atasının ölümü haqqında “Tarixin bir günü” verilişinə açıqlama verib və hadisədə həkimi günahlandırıb:

“Gül kimi kişini məhv etdilər. Düzdür, 68 yaşı var idi, ancaq o yaşı heç kim ona vermirdi. Həmişə mənə deyirdilər ki, o səndən cavandır. Böyrəyində daş var idi. Həkimlər deyirdi ki, "lal daş"dır, qorxusu yoxdur. Anamı müayinə etməyə həkimə aparanda özünü də yoxlatdırıb. Həkim deyib ki, təcili əməliyyat etmək lazımdır. Hər səhər görüntülü danışardıq. Əməliyyatdan sonra da zəng elədim. Son sözü bu oldu ki, mən o daşla yaşayırdım, hələ bundan sonra 10 il də yaşayardım, amma həkim məni məhv etdi”.

Aşıq bildirib ki, atasının Şəmkir rayon ərazisindəki xəstəxanada əməliyyat olunmasının tərəfdarı olmayıb: “Dedim ki, ay ata, gəl burada müayinə edək, tanıdığım klinika rəhbərləri var. Rayon yeri ilə şəhər bir deyil. Etiraz etdi, narahat olmamağımı söylədi. İki saatdan sonra yığdım, telefonu açmadı. Anam götürüb dedi ki, 2 saat yarımdır ki, əməliyyat gedir. Ürəyim partladı. Həkimlə danışıb soruşdum ki, öd əməliyyatı yarım saatdır, necə iki saat yarım çəkə bilər? 4 gündən sonra da anamı əməliyyat ediblər. Nəyə görə? Pula görə ediblər. Dünən ikisini də xəstəxanadan evə buraxdılar. Həkim əlaqə saxlayıb dedi ki, atanı da buraxıram, ananı da, yaxşıdırlar (yenisabah.az).

 

Избранный
25
10
turanpress.com

10Источники