COP29 çərçivəsində Mavi Zonada təşkil edilən dünya ölkələrinin pavilyonlarına yüksək maraq var.
Bizim.Media xəbər verir ki, diqqətçəkən pavilyonlar içərisində Türkiyə pavilyonu xüsusi yer tutur.
Türkiyənin nümayəndə heyətindən Bizim.Media-ya bildirilib ki, gün ərzində 1000-dən çox iştirakçı pavilyonu ziyarət edir.
Pavilyonda qonaqlara türk qəhvəsi ikram olunur. Bundan başqa, əl işləri, rəsm əsərləri, Türkiyənin tarixi, ölkədə yaşayan xalqların adət-ənənələrindən bəhs edən kitablar təqdim edilir, həmçinin gün ərzində iqlim dəyişikliyi və onun insanlara təsirinə dair onlarla görüş, eləcə də konfranslar keçirilir.
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта