RU

ABŞ-ın energetika naziri: Azərbaycan təkcə təmiz enerji istifadəçisi deyil, həm də təmiz enerji ixracatçısı ola bilər

“Azərbaycanla enerji məsələlərində uzun müddət işləmişik”.

APA xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Cennifer Qranholm COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

“Biz həm də qalıq yanacaq istehsal edən ölkəyik. Beləliklə, biz CO2 emissiyalarını azaldacaq və təmiz enerjiyə keçidə kömək edəcək eyni növ texnologiyalar üzərində işləyirik. Mən bilirəm ki, bu həftə Azərbaycan Prezidenti 6 giqavatlıq bərpa olunan enerjini elan etdi, bu, çox gözəldir. Düşünürəm ki, indilik sizin potensialınız 8 giqavatdır”, - deyə xanım Qranholm vurğulayıb.

ABŞ rəsmisi Azərbaycanın təmiz enerji ixracatçısı ola biləcəyini də deyib: “Nəticə ondan ibarətdir ki, Azərbaycan təkcə təmiz enerji istifadəçisi deyil, həm də təmiz enerji ixracatçısı ola bilər. Bu, Azərbaycan üçün böyük imkan, böyük potensialdır”.

Избранный
31
2
apa.az

3Источники