RU

COP29 inklüziv platforma yaradıb

İqlim dəyişikliyi hər kəsin - qeyri-dövlət subyektlərinin, hökumətlərin ən vacib problemidir. Təhlükənin miqyası dünya iqtisadiyyatından öhdəlik və imkanlar, cəmiyyətlərdən əməkdaşlıq tələb edir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai Qoşulmama Hərəkatı dövlətlərinin, inkişaf etməkdə olan ölkələrin və ada dövlətlərin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “Qlobal Cənub” əməkdaşlığı vasitəsilə İqlim Fəaliyyətinin İnkişafı: QHT-lərin Rolu” adlı tədbirin iştirakçılarına videomüraciətində deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi bu günün reallığıdır: "Burada, Azərbaycanda biz su ehtiyatlarının tükənməsi, o cümlədən dünyanın ən böyük daxili dənizi olan Xəzər dənizinin səviyyəsinin azalması problemi ilə üz-üzəyik.

İqlim dəyişir. Biz bunu hiss edirik, görürük, ölçürük və bu dəyişiklik fərdlərə, icmalara və ölkələrə təsir edir. COP29 Prezidentliyi bütün dövlət və qeyri-hökumət təşkilatlarının, müxtəlif tərəflərin bir araya gəlməsi üçün inklüziv platforma yaradıb. Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi missiyası xalqlar arasında körpü olmaqdır".

N.Arpadarai əlavə edib ki, COP29-un yüksək səviyyəli çempionu kimi əsas məqsədi iqlim müzakirələrinin əhatə dairəsini genişləndirməkdir:

"Hər kəsin masada oturacağına və hamının səsini eşitdiyinə əmin olmaq istəyirəm. Sizin səyləriniz bu ruhu təcəssüm etdirir və bu işdə böyük əməyə görə sizə təşəkkür edirəm".

Избранный
20
ikisahil.az

1Источники