RU

Dendias elan etdi: Yunanıstan ordusunda inanılmaz yenilik

Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkədə silahlı qüvvələrin yenidən qurulması planını açıqlayıb.

Publika.az xəbər verir ki, Dendias Yunanıstan Silahlı Qüvvələrinin yenidən qurulması ilə bağlı 2024-2035-ci illər planını parlamentdə Xarici Siyasət və Müdafiə Komitəsinə təqdim edib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu çərçivədə məcburi hərbi xidmət, peşəkar hərbi xidmət və silahlanma ilə bağlı bir çox dəyişikliklər nəzərdə tutulur.

Nəzərdə tutulan dəyişikliklər sırasında kazarmaların sayının 837-dən 705-ə endirilməsi, pilotsuz uçuş aparatlarından (PUA) və hava hücumlarından bütün ölkəni əhatə edəcək havadan mühafizə sipərinin yaradılması, Silahlı Qüvvələrin silah-sursatının, texnikasının, təyyarələrin və helikopterlərin müasirləşdirilməsi daxildir. 4,5 və 5-ci nəsil təyyarələrin əldə edilməsi, təbii fəlakətlərə cavab gücünün artırılması və Şərqi Aralıq dənizində əməliyyat qabiliyyətinin artırılması kimi detallar da var.

Избранный
64
publika.az

1Источники