CNN: Trampın kürəkəni Yaxın Şərqdə siyasətdə əsas rol oynayacaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Jared Kushner yeni administrasiyanın Yaxın Şərqdəki səylərində əsas rol oynayacaq. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.Onlar bildiriblər ki, Kuşner çətin ki, rəsmi vəzifə tutsun, lakin Trampın regiondakı siyasətində “əsas fiqur” olacaq. Mənbələrin bildirdiyinə görə, Ağ Evin gələcək rəhbərinin kürəkəni Yaxın Şərqin bir çox liderləri ilə yaxşı münasibətdə olub;Qeyd edək ki, daha əvvəl “Financial Times” Trampın kürəkəninin Respublikaçıların yeni administrasiyası dövründə Ağ Evə qayıtmayacağını yazıb. Qəzet Kuşnerin əvvəlki prezidentlik dövründə ABŞ-ın seçilmiş prezidentinin baş müşaviri olduğunu və mühüm rol oynadığını İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş də daxil olmaqla bir sıra ərəb dövlətləri arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnən İbrahim Sazişləri üzrə danışıqlarda qeyd edib.
Kuşner bir neçə dəfə hökumətə qayıtmaqda maraqlı olmadığını bildirib, lakin Trampın qələbəsi və Yaxın Şərqdəki hazırkı böhran onun fikrini dəyişməsinə səbəb ola bilər.