RU

Azərbaycan dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi ŞƏRH

Möhtəşəm zəfərə imza atan Azərbaycan günü - gündən inkişaf edir, dünyada söz sahibi olan dövlətlərlə bir addımlayır.Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı, enerji strategiyası və bu istiqamətdə perspektivləri, kifayət qədər resursları imkan yaradıb ki, COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirə evsahibliyi etsin.

Müstəqil Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi əslindəbütün dünyaya qlobal çağırış idi.“Yaşıl dünya naminə həmrəy olaq” şüarı dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi.

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının,dünyamızın yaşıllaşdırılması,ətraf mühitin çirklənməsinin qarşısının alınmasının yollarının inkişaf etdirilməsi naminə dünya ölkələrinin bir araya gəldiyi mötəbət tədbirin 200 ölkənin yekdil qərarı ilə məhz Azərbaycanda reallaşması bir daha təsdiq edir ki, dövlətimiz düzgün, uzaqgörən və praqmatik siyasət yürüdür.

Bəşəriyyəti təhdid edən iqlim dəyişikliyi sözsüz ki, bütün dünyanı narahat edir. Azərbaycanda reallaşan COP29-un da əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltmək oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COPnövbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir çox ölkəsində təşkil edilib. Azərbaycanın humanizmliyi, üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyaları uğurla həyata keçirməsiCOP29-u Bakıda reallığa çevirdi.Öz növbəsində belə dünyaəhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə marağını artırır.

Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, COP29-un həyata keçirildiyi ölkələrin namizədləri sırasında Azərbaycanla yanaşı, Bolqarıstan və Ermənistan da var idi. Bu ölkələr arasından Azərbaycanın seçilməsimüstəqil dövlətimizin dünyada olan nüfuzundan xəbər verir. Sözsüz ki, irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək missiyasını üzərinə götürən Azərbaycanın bu sahədə zəngin təcrübəsi var. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir.

Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın “Yaşıl dünya naminə həmrəy olaq” şüarını dəstəklədiyini nümayiş etdirir. COP 29-a ev sahibkiyi etməklə Azərbaycan dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Избранный
57
2
sesqazeti.az

3Источники