RU

Azərbaycan və Çin şirkətləri arasında "yaşıl avtomobil" sahəsində saziş imzalandı (FOTO)

Bakı. Trend:

Bu gün COP29 çərçivəsində "NIO" Çin şirkəti tərəfindən elektrikavtomobillərin gələcəyi mövzusunda təqdimat tədbiri təşkilolunub.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini,COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov,ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, ÇinXalq Respublikasının ekologiya və ətraf mühit nazirinin müaviniÇjao Yinmin, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəƏməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova, yerli və xaricimedia mənsubları, eləcə də, maraqlı tərəflər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elnur Soltanov dünyanın ənənəvitelefonlardan ağıllı telefonlara keçid edildiyi kimi, tədricənqalıq yanacağı ilə işləyən avtomobillərdən də elektrikavtomobillərinə keçid ediləcəyini bildirib.

Çinli nazir müavini COP29-un uğurla başa vurulmasına dairarzularını çatdırıb.

O, Çinin iqlim dəyişmələri sahəsində aktiv addımlar atdığını,qlobal miqyasda istifadə üçün elektriklə işləyən avtomobillərinistehsalı sahəsində aktiv işlədiyini qeyd edib: “Çin ötən il 10milyondan çox elektrik avtomobili istehsal edərək, dünyada busahədə liderliyini təmin edib".

Daha sonra Azərbaycan tərəfindən “GreenCar” və Çin tərəfindənNIO şirkəti arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişiimzalanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
60
9
az.trend.az

10Источники