RU

İlon Maskın İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşdüyü iddiası yayılıb

Amerikalı milyarder İlon Maskın Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq üçün İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşdüyü iddia edilib.
 
Demokrat.az
xəbər verir ki, New York Times qəzetinin yazdığına görə, adlarının açıqlanmasını istəməyən iki İran rəsmisi Mask və İrəvani arasında görüşün Nyu Yorkda keçirildiyini bildirib.

İki nəfər arasında görüşün bir saatdan çox davam etdiyini bildirən rəsmilər görüşün yaxşı nəticələr verəcəyini bildiriblər.

Rəsmilər görüşün Maskın istəyi ilə keçirildiyini bildiriblər.  

Rəsmilər İrəvaninin Maska sərmayələrini Tehrana yönəltməyi təklif etdiyini və bunun üçün ABŞ Maliyyə Nazirliyindən İrana qarşı sanksiyalardan azad edilməsini tövsiyə etdiyini bildirib.

İranın BMT-dəki Daimi Nümayəndəliyi görüşlə bağlı hər hansı şərh verməyəcəyini bildirsə də, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın sözçüsü Stiven Çeunq görüşlə bağlı sualı belə cavablandırıb:

“Biz keçirilib-keçirilmədiyi dəqiq olmayan görüşləri şərh etmirik”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
38
demokrat.az

1Источники