RU

ECO-UNIDO Təmiz Enerji Mərkəzi BEM sahəsində birgə tədqiqatlar aparacaq - Nazir

Bakı. Trend:

ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalqelmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıqquracaq.

Trend xəbərverir ki, bunu Azərbaycanın energetika naziri Pərviz ŞahbazovECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış tədbirində çıxışı zamanıbildirib.

“BMT-nin Təmiz Enerji Mərkəzləri qlobal şəbəkəsi çərçivəsindəECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalqelmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq.Mərkəz bərpa olunan enerji məmbələri (BEM), enerji səmərəliliyi vəiqlim dəyişikliyi sahəsində birgə tədqiqatlar aparacaq, texnikidəstək göstərəcək və innovativ həllər təklif edəcək.

Bu təşəbbüsün həyata keçirilməsində dəstək göstərən hər kəsəsəmimi təşəkkürümüzü bildirmək istərdik. Xüsusilə Təmiz EnerjiMərkəzinin nizamnaməsinin imzalanması ilə bağlı Türkiyə vəÖzbəkistandan olan həmkarlarımıza və tərəfdaşlarımıza təşəkküredirik.

Bu, COP29 çərçivəsində Təmiz Enerji Mərkəzinin "yumşaq"açılışına başlamamıza imkan yaratdı ki, bu da olduqca vacib idi.Əminik ki, ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyəti ECOregionunda enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlimdəyişikliyi ilə mübarizə üzrə səylərimizin irəlilədilməsinə vədavamlı inkişaf hədəflərinin əldə olunmasına əhəmiyyətli töhfəverəcək”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
38
az.trend.az

1Источники