RU

AB tarixində ilk: Şərikli silah alınıb, Ukraynaya veriləcək

AB

Avropa Komissiyası ilk dəfə olaraq AB-yə üzv dövlətlər tərəfindən silahların, xüsusilə də raket və sursatların birgə tədarükü üçün maliyyə ayrılmasını təsdiqləyib. Onlardan bəziləri Ukraynaya kömək kimi göndəriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Birgə Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi (EDİRPA) çərçivəsində həyata keçirilən beş layihə AB-nin maliyyə dəstəyini alacaq:

“AB üzvü olan 20 ölkənin iştirak edəcəyi layihələrin ümumi dəyəri 11 milyard avrodan çoxdur. İki layihə “Mistral” və İRİS-T SLM hava hücumundan müdafiə sistemlərinin, ikisi 155 mm-lik sursatın, digəri isə zirehli transportyorların birgə alınmasına aiddir”.

Избранный
28
2
xalqcebhesi.az

3Источники