RU

“Boşanmışıq, amma bir evdə yaşayırıq” - Video

Aktrisa Zümrüd Qasımova boşanmasından danışıb.

News24.az olay-a xəbər verir ki, bu barədə o, “Gün ortası” proqramında açıqlama söz açıb.

O bildirib ki, keçmiş əri Nazim Zeynalovla boşansalar da, bir evdə yaşayırlar:

“Mən şükür edirəm ki, yaşayıram.Allah çox şeyi əlimdən alsa da, çox gözəlliklər verib. Gözəl ailədə dünyaya gəlmişəm, sevgi əhatəsində böyümüşəm, sevdiyim sənətlə məşğulam, məni dəli kimi sevən ərim var.

15 ildir bir yerdəyik. Soruşsanız ki, 15 ildə həyatımızda nəsə dəyişdi?! Əvvəl deyirdim, ayrılsaq, həyatımızı davam etdirərik. Amma zaman kedikdən sonra o insana daha çox bağlanırsan.

Rəsmi ayrılıq olub. Amma heç vaxt ayrılmamışıq, mən evdən heç vaxt çıxmamışam. Hazırda da boşanmış kimiyik, rəsmi nikahımız olmayıb. Bunun üçün mən toy istəyirdim, çünki ilk dəfə toyum olmamışdı. Lakin yaxın rəfiqəmin həyatında faciə olduğu üçün toy istəmədim. İl yarımdır ki, boşanmış kimi bir evdə yaşayırıq”.

Избранный
35
10
news24.az

10Источники