RU

Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı azala bilər — SƏBƏB

Türkiyədə otellərdə “hər şey daxil” sisteminin ləğvi gözlənilir. Türkiyənin Kiçik Otelçilər Assosiasiyasının prezidenti Ertan Ustaoğlu deyib ki, türk iş adamları səmərəsiz olduğundan gələcəkdə “hər şey daxil” sistemi ilə işləyən otellərin sayının azaldılmasını təklif ediblər. Çünki “hər şey daxil” sistemi böyük həcmdə məhsulların xarab olmasına gətirib çıxarır. Qeyd olunur ki, gələcəkdə otellər qidalanma məsələsində yeni sistemə keçəcək. Seçimlərdən biri restoratorlarla əməkdaşlıq ola bilər. Hər kəs yeyə biləcəyi qədər yemək sifariş verib pulunu ödəyəcək. Belə olduqda heç kəs yeməyəcəyi yeməyi sifariş edib artıq pul ödəməyəcək.

Məsələyə turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, bu, Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayının azalmasına səbəb ola bilər: 

“Bu, çox aktual məsələdir. Türkiyədəki hər şey daxil otel sistemi azərbaycanlı turistlər üçün çox əlverişlidir. Erkən rezervasiya vaxtı 30 faiz ilkin ödəniş edilir, qalan 70 faiz məbləğsə hissə-hissə ödənilir. Həm endirimlərdən yararlanırdılar, həm də ödənilən məbləğ insanların iqtisadi vəziyyətinə ciddi təsir etmirdi. Uçuşa bir həftə qalmış ödənişi tamamlayırdılar. Bu ödənişə otelin əksər xidməti, gündə üç dəfə qidalanma daxil olur. Dünyada qidanın qiyməti bahalaşır. Bunu nəzərə alsaq deyə bilərik ki, otellərin xərci də artır. Hər şey daxil sisteminin ləğvi otellərin işinə çox təsir edəcək. Turistlərin sayında azalmalar müşahidə olunacaq. Antalya, İzmir, Kuşadasına gedənlərin çoxu otellərdə hər şeyin qiymətə daxil olmasına görə bu istiqamətləri seçilər. Əgər bu ləğv olunarsa, Şarm Əl Şeyxə və Misirin digər yerlərini gedəcək azərbaycanlılar. Həm fərqli məkan, həm də hər şey daxil sistemindən yaranlanacaqlar. Yeri gəlmişkən, oradakı otelləri də türk hotelyerlər işlədir”.

Törə Zeynallı
Demokrat.az
Избранный
82
demokrat.az

1Источники