RU

ABŞ-nin uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan məmnunluq duyuram - Dövlət katibinin köməkçisi

Bakı. Trend:

Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurladavam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram.Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerjisahəsində çoxsaylı müzakirələrin mərkəzində olub.

Trend xəbər verir ki, bunuABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt(Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı iləkeçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nailolmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyadadeyib.

“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunugörürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzindətəxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlətkatibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
44
10
az.trend.az

10Источники