Cinayətkar dəstələr arasında zorakılıqla mübarizə üçün ümummilli amnistiya çərçivəsində bu ay Danimarka polisinə 8400-dən çox silah təhvil verilib.

İndex.az xəbər verir ki, Danimarkada bir kişi evdə təmizlik işləri apararkən, ehtimal ki, İkinci Dünya Müharibəsindən qalma 80 silah, 140 kiloqram sursat və əl qumbarası tapıb.

O, ümummilli silah amnistiyası çərçivəsində bu silahları polisə təhvil verib.

Danimarka polisi elan edib ki, vətəndaşlar noyabr ayı ərzində təqib riski olmadan silahlarını təhvil verə bilərlər. Bu addım cinayətkar qrupların icazəsiz silah əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Səlahiyyətlilər bildirirlər ki, son illərdə cinayətkar dəstələr arasında torpaq və narkotikə görə müharibələr artıb.